İstifadə şərtləri

“BakıKART” Kartından İstifadə Şərtləri

Tarix: 29.12.2024

I. ÜMUMİ ŞƏRTLƏR

1. Bu “BakıKART” Kartından istifadə şərtləri” (bundan sonra - “Şərtlər”) “BakıKART” avtomatlaşdırılmış ödəniş sisteminə qoşulmuş ictimai nəqliyyat xidmətləri göstərən hüquqi və fiziki şəxslər tərəfindən təqdim edilən ictimai nəqliyyat xidmətlərinə görə ödənişin əvvəlcədən edilməsi üçün Sizinlə Kartın və Sistemin müvafiq qaydada müvəkkil edilmiş Operatoru arasında Kartların alınması və onlardan istifadə qaydalarını tənzimləyir.  

2. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 409.4-cü maddəsinə uyğun olaraq qiymətini ödəməklə Kartı əldə edərək, oxudaraq və / və ya Kartın balansını hər hansı vasitə ilə artıraraq,  Şərtləri oxuduğunuzu, başa düşdüyünüzü, bütün müddəaları ilə razı olduğunuzu və hazırkı ofertanı (təklifi) tam və qeyd-şərtsiz aksept (qəbul) etdiyinizi bəyan edirsiniz. 

3.Hazırkı Şərtlərin (ofertanın) qəbul (aksept) edilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş yazılı imza ilə imzalanmasına bərabər tutulur və oferta aksept edildiyi andan qüvvəyə minir. 

4. Kartı almazdan əvvəl hazırkı Şərtlər sərnişinə www.bakikart.az saytında və Mobil tətbiqdə yerləşdirilməklə təqdim edilir. “BakıKart” tətbiqindən istifadə şərtləri Portalda və Mobil tətbiqdə yerləşdirilən ““BakıKart” Tətbiqindən istifadəyə dair Müqavilə” (bundan sonra – “Müqavilə”) ilə tənzimlənir. 

5.Bu Şərtlər İstifadəçi və Daşıyıcı arasında sərnişin daşınması müqaviləsini təşkil etmir.  Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 842.2 maddəsinə əsasən sərnişin daşınması müqaviləsi İstifadəçi bu Kartdan istifadə etməklə gediş haqqını ödədiyi andan və həmin maddədə göstərdiyi digər hallarda bağlanmış hesab edilir. Müvafiq Daşıyıcının göstərdiyi sərnişin daşınması xidmətlərindən istifadə qaydaları Azərbaycan Respublikasının qanunvericiliyi və müvafiq Daşıyıcının qaydaları ilə tənzimlənir. 

6. Kartın tərtib edilmə dizaynını Operator sərbəst müəyyən edir və Kartın üzərində eyniləşdirmə nömrəsi qeyd olunur. 

7. Kartdan istifadə ilə gediş haqqı ödənilən Daşıyıcıların siyahısı Tətbiqdə qeyd edilir.  

II. ƏSAS ANLAYIŞLAR

        Bu Şərtlərin məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

a) Operator – Azərbaycan Respublikasının qanunvericiliyi, Azərbaycan Respublikası Mərkəzi Bankının lisenziyası və öz nizamnaməsi əsasında fəaliyyət göstərən “K GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti; 

          Hüquqi ünvanı: AZ1065, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi pr. 49/C 

          Əlaqə məlumatları: *4343 

          VÖEN: 1402954871 

          Lisenziyanın nömrəsi və verilmə tarixi: EPT-010 saylı, 12 sentyabr 2024-cü il tarixli 

          Lisenziya verilmiş fəaliyyət növü:  

- ödəniş hesabı üzrə pul vəsaitinin nağd formada mədaxili və (və ya) məxarici əməliyyatlarının aparılması; 

- ödəniş əməliyyatının ekvayrinqi; 

- elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası. 

Nəzarət orqanı: Azərbaycan Respublikasının Mərkəzi Bankı  

Nəzarət orqanının əlaqə məlumatları: Ünvan: AZ1014, Azərbaycan Respublikası, Bakı şəh., R.Behbudov küç. 90. Qaynar xətti: +994 (12) (966), +994 (12) 4935058; 

 

b) Avtomatlaşdırılmış ödəniş sistemi (Sistem) – Sistemə qoşulmuş Daşıyıcılar ilə Sistem arasında qarşılıqlı məlumat və texnoloji əlaqəni, Mobil tətbiq, Kart və ya digər ödəmə üsulları ilə gediş haqqının ödənilməsinin qeydiyyata alınmasını təmin etmək üçün nəzərdə tutulmuş Operatora məxsus proqram təminatı (Tətbiq də daxil olmaqla), informasiya sistemləri və informasiya ehtiyatlarının vahid sistemi; 

c) Kart – Balansı İstifadəçi tərəfindən ödənilən məbləğ əsasında formalaşan, Avtomatlaşdırılmış ödəniş sisteminə qoşulmuş Daşıyıcıların ictimai nəqliyyat vasitələrində quraşdırılmış Oxuma cihazı vasitəsi ilə gediş haqqını ödəməyə imkan verən Operatorun dövriyyəyə plastik və ya kağız Kart formasında buraxdığı “BakıKART” və ya “BakıKart” əmtəə nişanlı əvvəlcədən ödənilmiş ödəniş aləti; 

d) Daşıyıcı – Müntəzəm marşrutla hərəkət edən ictimai nəqliyyat vasitələrinin operatoru(ları) olan  və Avtomatlaşdırılmış ödəniş sisteminə qoşulmuş hüquqi və ya fiziki şəxs; 

e) Oxuma cihazı (Validator) – Avtomatlaşdırılmış ödəniş sisteminə qoşulmuş Daşıycıların ictimai nəqliyyat vasitələrində quraşdırılmış, QR kodun, Kartın və ya digər ödəniş alətinin oxunması nəticəsində İstifadəçinin Elektron pul kisəsindən və ya Kartından gediş haqqının çıxılmasını və qeydiyyatını təmin etmək üçün nəzərdə tutulan elektron cihaz; 

f) İstifadəçi (Siz) – Kartdan istifadə edən fiziki şəxs; 

g) Kartın nömrəsi – Kartı eyniləşdirməyə imkan verən və üzərində qeyd olunan 11 (on bir) rəqəmli nömrə; 

h) Mobil tətbiq – Mobil cihaza quraşdırılan, Müqavilə və Mobil tətbiq ilə nəzərdə tutulan Xidmətlərin təqdim edilməsini təmin edən Operatora məxsus “BakıKart” adlı proqram təminatı; 

i) Portal – www.bakikart.az internet saytı vasitəsilə təqdim edilən Xidmətlərdən istifadə üçün nəzərdə tutulmuş proqram təminatı. Portal vasitəsilə Mobil tətbiq üzrə nəzərdə tutulan bir sıra funksionallıqdan istifadə etmək mümkündür; 

j) Tətbiq – Mobil tətbiq və Portal anlayışları birlikdə istifadə olunduqda; 

k)Hesab – Tətbiqdə qeydiyyatdan keçmiş hər bir İstifadəçi üçün yaradılan, Müqavilə və Tətbiq ilə nəzərdə tutulan əməliyyatların (ödəmə və s.) həyata keçirilməsini təmin edən qorunan şəxsi səhifəsi; 

8. Şərtlərdə təsbit edilmiş hər bir anlayış və ya tərif, Şərtlərin hansı hissəsində yerləşməsindən asılı olmayaraq öz mənasını saxlayır.

III. KARTIN NÖVLƏRİ, KARTIN QİYMƏTLƏRİ, KARTDAN İSTİFADƏ, KARTIN XÜSUSİYYƏTLƏRİ

Kartın növləri 

9. Kart məhdud və məhdudiyyətsiz olmaqla iki növdə buraxılır (birlikdə “Kartlar”).  

10. Məhdud istifadə üçün buraxılan Kart dedikdə Operator tərəfindən müəyyən edilmiş saya uyğun olaraq ictimai nəqliyyatdan istifadə hüququ verən Kart nəzərdə tutulur. Məhdud istifadə üçün buraxılan Kartların istifadə müddəti ilk istifadə günündən etibarən 45 gün təşkil edir və onun balansında olan vəsait geri qaytarılmır.  

11. Məhdudiyyətsiz istifadə üçün buraxılan Kart dedikdə İstifadəçi tərəfindən Karta ödənişlərin edilməsi şərtilə qeyri-müəyyən sayda ictimai nəqliyyatdan istifadə hüququ verən Kart nəzərdə tutulur. Məhdudiyyətsiz istifadə üçün buraxılan Kartların zəmanət müddəti Kartın ilk istifadəsindən etibarən 3 (üç) il təşkil edir. Həmin müddət ərzində Kart istifadə edilməzsə, İstifadəçinin bu Şərtlərin icrasından birtərəfli qaydada imtina etdiyi başa düşülür və bununla İstifadəçi ilə bağlanmış saziş ləğv edilmiş sayılır. Bu Şərtlərin məqsədləri üçün  “istifadə” dedikdə Kartın balansının  artırılması və/və ya ictimai nəqliyyatdan istifadə edilməsi üçün oxuma cihazında oxudulması nəzərdə tutulur. 

12. Kartın balansını təşkil edən vəsaitlər “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmanət hesab edilmir, sığortalanmır, habelə həmin vəsaitlərə faiz və ya digər formada gəlir ödənilmir. 

Kartın qiymətləri 

 

13. Məhdud istifadə üçün buraxılan Kartın qiyməti 0.20 manat, məhdudiyyətsiz istifadə üçün buraxılan Kartın qiyməti – 2 (iki) manat təşkil edir (bundan sonra – Kartın qiymətləri adlandırılacaq). Məhdud yaxud məhdudiyyətsiz Kartın qiymətlərini ödəməklə Siz yalnız müvafiq Karta sahib olursunuz. Daşıyıcıların sərnişin daşınma xidmətlərindən istifadə etmək üçün məhdudiyyətsiz istifadə üçün buraxılan Karta gediş haqqını müəyyən edilmiş qaydada Siz ödəyirsiniz.  Məhdud istifadə üçün buraxılan Kartın balansını Operator tərəfindən müəyyən edilən istifadə sayına uyğun olaraq Kartın qiymətinə əlavə olaraq ödəyirsiniz. Daşıyıcıların sərnişin daşınma xidmətlərinin qiymətləri qanunvericiliyə müvafiq qaydada müəyyən edilir. 

Kartdan istifadə 

14. Siz Kart ilə aşağıdakı hərəkətləri edə bilərsiz:

a. Daşıyıcının xidmətlərindən istifadə etmək üçün müəyyən edilmiş gediş haqqının ödənilməsi. Bunun üçün Kartı Daşıyıcının nəqliyyat vasitəsində (Bakı Metropoliteni xidmətlərindən istifadə etdikdə isə – metro stansiyasına daxil olmaq üçün quraşdırılmış turniketin üzərində olan oxuma cihazı) quraşdırılmış oxuma cihazına bir neçə saniyə ərzində toxundurmaq (və ya oxuma cihazından keçirmək) tələb olunur.  Kartı oxuma cihazında (turniketin üzərində olan oxuma cihazı) oxutdurmaq üçün oxuma cihazının (turniketin üzərində olan oxuma cihazı) Kartın oxunması üçün hazır olduğuna əmin olun (bunun üçün Kart oxuma cihazında (turniketin üzərində olan oxuma cihazı) oxunduqda müvafiq məbləğdə gediş haqqı Kartda olan balansdan avtomatik olaraq çıxılacaq. Kartda olan balans gediş haqqının ödənilməsi üçün kifayət olmadıqda oxuma cihazı (turniketin üzərində olan oxuma cihazı) balansınızda kifayət qədər vəsaitin olmaması barədə məlumat əks etdirəcək. Gediş haqqını ödədikdən sonra Daşıyıcının sərnişin daşıma xidmətlərindən istifadə etmədiyiniz təqdirdə ödədiyiniz gediş haqqı Kartın balansına qaytarılmır. Ödədiyiniz sərnişin daşınma xidmətlərindən Daşıyıcının təqsiri üzündən istifadə edə bilmədiyiniz təqdirdə ödədiyiniz gediş haqqı barədə tələblərinizi qanunvericilikdə və Daşıyıcının qaydalarında müəyyən edilmiş qaydada müvafiq Daşıyıcıya irəli sürə bilərsiz; 

b. Kartda olan balansın öyrənilməsi. Bunun üçün Kartı Kartların satıldığı və ya balansının artırıldığı məntəqələrdə quraşdırılmış avtomatlara daxil etməklə və müvafiq bölməni seçməklə ekranda göstərilən təlimatlara əməl etmək lazımdır.  

c. Kartda olan balansın artırılması.  Kartın balansı ümumilikdə 100 (bir yüz) manatdan çox olmamaq şərtilə İstifadəçi tərəfindən aşağıdakı üsullarla artırıla bilər: 

1. Terminallar vasitəsilə - Kartı Kartların satıldığı və ya balansının artırıldığı məntəqələrdə quraşdırılmış avtomatlara daxil edərək müvafiq bölməni seçməklə ekranda göstərilən təlimatlara əməl etmək və balansa qoymaq istədiyiniz pul məbləğini avtomata daxil etmək və ya balansın artırılması üçün buna dair müvəkkil edilmiş şəxsə müraciət etmək lazımdır. 

2. Tətbiq vasitəsilə – www.bakikart.az veb səhifəsinə daxil olduqdan və ya Mobil tətbiqi yüklədikdən sonra qeydiyyatdan keçib Hesabda Kartın məlumatlarını daxil edərək bank Kartı vasitəsilə ödəniş etmək lazımdır. Qeyd olunan üsulla ödəniş edildikdə, Kartın balansı ödənişdən sonra 1 (bir) saat ərzində artırılır. 

d.Daşıyıcıların xidmətləri üzrə qanunvericiliklə müəyyən edilmiş gediş haqları dəyişdikdə müvafiq Daşıyıcının xidmətlərindən istifadə etdiyiniz an qüvvədə olan tariflərə əsasən gediş haqqı məbləği çıxılacaq. 

e. Kartda olan balansın geri qaytarılması.  

 

i. Məhdud istifadə üçün olan Kartların balansının geri qaytarılması: Məhdud istifadə üçün olan Kartın balansı Kart, İstifadəçi tərəfindən satın alındıqdan sonra geri qaytarılmır. 

ii. Məhdudiyyətsiz istifadə üçün olan Kartların balansının geri qaytarılması: Məhdudiyyətsiz istifadə üçün olan Kartın balansı geri qaytarıla bilər. Məhdudiyyətsiz istifadə üçün olan Kartın balansının geri qaytarılması üçün Kartın eyniləşdirmə nömrəsi müəyyən edilə bilən olmalı və Kartın sahibliyinin müəyyən edilməsi üçün Kart və şəxsiyyəti müəyyən edən sənəd Operatora təqdim edilməlidir. Məhdudiyyətsiz Kartın balansının geri qaytarılması Operator tərəfindən dərhal İstifadəçi tərəfindən “BakıKART” Kart-Analiz Mərkəzlərinə edilən müvafiq yazılı müraciət əsasında həyata keçirilir. Tətbiq vasitəsilə ödənilən məbləğin geri qaytarılması dərhal İstifadəçi tərəfindən “BakıKART” Kart-Analiz Mərkəzlərinə edilən müvafiq yazılı müraciət əsasında nağdsız qaydada ödənişin həyata keçirildiyi bank Kartına ödənilməklə həyata keçirlir. 

f. Kartın geri qaytarılması.  

i. Məhdud istifadədə olan Kartın geri qaytarılması. Məhdud istifadədə olan Kart geri qaytarılmasına yol verilmir.  

ii. Məhdudiyyətsiz istifadədə olan Kartın geri qaytarılması. Məhdudiyyətsiz istifadədə olan Kartın geri qaytarılması qanunvericiliyə əsasən müəyyən edilir. 

Kartın Xüsusiyyətləri 

15. Kartlar adsız buraxılır (Kart üzərində və ya Operatorun informasiya sistemində Kartın sahibinin adı qeyd edilmir) və Kartın sahibi olan hər bir şəxs ondan istifadə edə bilər. Kart itirildikdə və ya yararsız hala düşdükdə – Kart bərpa edilmir, Kart bloklanmır, Kartda olan balans qaytarılmır, Kartın balansı digər Karta köçürülmür və ya istifadəsi ilə bağlı hər hansı məlumat təqdim edilmir.  İstifadəçi Kartı digər şəxsə verdikdə və ya Kart digər şəxsin istifadəsində olduqda (tapıldıqda və s.) həmin şəxs Kartı qəbul etməklə onun istifadəçisinə çevrilir və bu Şərtlərlə razı olması barədə iradəsini ifadə etmiş olur. Zədələnmiş lakin istifadəyə yararlı olan Kartın dəyişdirilməsi həyata keçirilmir. Kartın yenidən satılmasına icazə verilmir və Operator bu hərəkətin nəticələrinə görə heç bir məsuliyyət daşımır. 

16. Kart cızıldıqda, çatladıqda, əzildikdə, qırıldıqda yararsız hala düşə bilər.  Kartın əyilməsi, həddindən artıq soyuq və ya isti temperatura məruz qoyulması, yüksək nəmişlik şəraitində saxlanması və ya kimyəvi mayelərə salınması, hər hansı maye və ya güclü elektromaqnit təsirə məruz qoyulması, radiosiqnalları ekranlaşdıran hər hansı bağlı əşyaya və ya digər ekranlaşdırma maddə tərkibli qurğuya/cihaza yerləşdirmək və ya Kartdan Şərtlərə uyğun olmayan hərəkətlərin yerinə yetirilməsi üçün istifadə edilməsi Kartı yararsız edə bilər. Kart oxuma cihazında oxunmadıqda Operatorun  “Kart-Analiz Mərkəzlərinə” və ya *4343 üzrə müştəri xidmətlərinə müraciət edə bilərsiz. Kart istifadəçinin təqsiri səbəbindən yararsız hala düşdükdə, lakin Kartın üzərində olan eyniləşdirmə nömrəsinin oxunması mümkündürsə, Kartın balansındakı vəsait istifadəçinin müraciəti əsasında Kartın qiyməti istifadəçi tərəfindən yeni Kart təqdim edilməklə yeni Karta köçürülür. Kartın Operatorun təqsiri ucbatından işləməməsi müəyyən edilərsə Kart Operator tərəfindən dəyişdirilir və Kartda olan balans yeni Karta köçürülür. 

17. Kartdan Şərtlərdə nəzərdə tutulmayan hərəkətlərin yerinə yetirilməsi üçün istifadə edilməsi,  Kartın Tətbiqdə qeyd olunan məntəqələrdən və üsullardan başqa məntəqələrdə və üsullarla əldə edilməsi və ya balansının artırılması, Kartda olan elektron informasiyanın hazırkı Şərtlərlə müəyyən edilən üsullardan kənar vasitələrlə oxunması, surətinin çıxarılması, dəyişdirilməsi, Kartın dublikatının çıxarılması qadağandır. İstifadəçi qeyd olunan hərəkətlərin yerinə yetirilməsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır və həmin hərəkətlərin yerinə yetirilməsi nəticəsində məruz qaldığı itkilərə görə cavabdehdir. 

IV. QARŞISIALINMAZ QÜVVƏ

18. Tərəflərin nə əvvəlcədən görə bilmədikləri, nə də görülə biləcək tədbirlərlə təsir etməyə qadir olmadıqları qarşısıalınmaz qüvvə (məsələn, dövlət ödəniş sistemlərinin fəaliyyətində nasazlıq, elektrik enerjinin və ya rabitə xidmətlərinin təchizatında fasilələr, zəlzələ, daşqın, yanğın, tətil, dövlət orqanlarının qərarları, hərbi əməliyyatlar, terror aktları, üçüncü şəxslərin hərəkətləri) nəticəsində Tərəflər bu Şərtlərdə qeyd olunan öhdəliklərini qismən və ya tamami ilə icra edə bilmədikdə, Tərəflər belə qarşısı alınmaz qüvvənin davam etdiyi bütün müddət üzrə öhdəliklərini icra etməməyə görə məsuliyyətdən azaddırlar.  

V. YEKUN ŞƏRTLƏR

19. Bu Şərtlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə tənzimlənir. 

20. Bu Şərtləri Siz hər an www.bakikart.az internet səhifəsinə keçməklə oxuyub çap edə bilərsiz. 

21. Operator dəyişikliklərin tətbiq ediləcəyi tarixdən azı 30 (otuz) gün əvvəl İstifadəçiyə bildiriş verməklə, bu Şərtlərə birtərəfli qaydada dəyişiklik və ya əlavələr etmək hüququna malikdir. Bu müddətdə İstifadəçi bu dəyişikliklərlə bağlı öz etirazını bildirmədikdə, bu dəyişikliklər İstifadəçi tərəfindən qəbul olunmuş hesab edilir. 

22. İstifadəçiyə bu Şərtlərin şərtlərində dəyişikliklərin və/və ya əlavələrin olduğunu mütəmadi olaraq yoxlamaq tövsiyə olunur. 

23. Tərəflər razılaşır ki, texniki cəhətdən imkan yaradıldığı halda elektron imza, gücləndirilmiş elektron imza, mobil nömrə vasitəsilə fərqli hərf və söz birləşmələrindən ibarət olan eyni məzmunlu açar sözlər vasitəsilə göndərilmiş qısa mesajlar, Operatorun istifadəyə təqdim etdiyi halda Mobil tətbiqi vasitəsilə elektron qaydada kliklər və ya yazışmalar əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. 

24. Operator İstifadəçini 30 (otuz) gün əvvəl məlumatlandıraraq bu Şərtləri ləğv edə bilər. 

25. Tətbiqdə bu Şərtlərdə qeyd olunmayan Şərtlərin ayrılmaz tərkib hissəsi hesab edilən əlavə müddəalar müəyyən edilə bilər. 

26. Operator Kartdan hər hansı qeyri-qanuni və ya saxtakar istifadə aşkar etdikdə və ya buna dair yetərli şübhələr olduqda, Kartı bloklaşdırmaq (müvəqqəti və ya həmişəlik) və ya digər məhdudiyyətləri tətbiq etmək hüququna malikdir. Operator Kartın bloklaşdırılması nəticəsində İstifadəçinin qarşılaşdığı hər hansı itkilərə görə məsuliyyət daşımır. 

27.  İstifadəçi Kartın balansını qeyri-qanuni yolla artırmağa və ya istifadəyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. 

28. Hazırkı Şərtlər Azərbaycan, Rus və İngilis dillərində tərtib olunmuşdur. Bu Şərtlərin tərcümə edilmiş versiyalarının mənaları arasında hər hansı bir uyğunsuzluq olduqda, Azərbaycan dilindəki versiya üstünlük təşkil edəcəkdir. 

“BAKIKART” TƏTBİQİNDƏN İSTİFADƏYƏ DAİR  

MÜQAVİLƏ 

Tarix: 29.12.2024 

1. GİRİŞ MÜDDƏALARI

“BakıKart” Mobil tətbiqini yükləməzdən, “BakıKart” Mobil tətbiqindən və “BakıKart” Portalından (Mobil tətbiq və Portal bundan sonra birlikdə “Tətbiq” adlandırılacaq)  istifadə etməzdən əvvəl aşağıdakı şərtləri diqqətlə oxuyun. 

 Bu “BakıKart” Tətbiqindən istifadəyə dair Müqavilə” (bundan sonra “Müqavilə” adlandırılacaq) İstifadəçi ilə Operator arasında sonuncunun təqdim etdiyi “BakıKart” Tətbiqi vasitəsilə ictimai nəqliyyatda gediş haqqının nağdsız qaydada ödənilməsi, balansın artırılması və Tətbiqin funksionallığı ilə müəyyən edilən digər Xidmətlərə dair (bundan sonra “Xidmətlər” adlandırılacaq) istifadə qaydalarını tənzimləyən sazişi təşkil edir. 

Bu Müqavilə ilə təqdim olunan Xidmətlərin və ictimai nəqliyyatda istifadə olunan Kartların qarşılıqlı əlaqəsini nəzərə alaraq, www.bakikart.az saytında yerləşdirilmiş ““BakıKart”dan İstifadə Şərtlər”i ilə tanış olmanız və onlara əməl etməyiniz mütləqdir. 

Bu Müqavilə İstifadəçi və Daşıyıcılar arasında sərnişin daşınması müqaviləsini təşkil etmir və Operator Daşıyıcıların sərnişin daşınması ilə bağlı hərəkət və hərəkətsizliynə görə məsuliyyət daşımır.  Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 842.2 maddəsinə və “Avtomobil Nəqliyyatı Haqqında” qanunun 28.2-ci maddəsinə əsasən sərnişin daşınması müqaviləsi İstifadəçi Mobil tətbiqdən və ya Kartdan istifadə etməklə gediş haqqını ödədiyi andan və həmin maddələrdə göstərdiyi digər hallarda bağlanmış hesab edilir. Müvafiq Daşıyıcının göstərdiyi sərnişin daşınması xidmətlərindən istifadə qaydaları Azərbaycan Respublikasının qanunvericiliyi və müvafiq Daşıyıcının qaydaları ilə tənzimlənir. 

“BakıKart” Tətbiqindən yalnız bu Müqavilə şərtlərinə və Tətbiqdə qeyd olunan digər şərtlərə əsasən istifadə etməyə icazə verilir. 

2.ƏSAS ANLAYIŞLAR

2.1 Bu Müqavilənin məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

a) Operator – Azərbaycan Respublikasının qanunvericiliyi, Azərbaycan Respublikası Mərkəzi Bankının lisenziyası və öz nizamnaməsi əsasında fəaliyyət göstərən “K GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti; 

Hüquqi ünvanı: AZ1065, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi pr. 49/C 

Əlaqə məlumatları: *4343 

VÖEN: 1402954871 

Lisenziyanın nömrəsi və verilmə tarixi: EPT-010 saylı, 12 sentyabr 2024-cü il tarixli 

Lisenziya verilmiş fəaliyyət növü:  

- ödəniş hesabı üzrə pul vəsaitinin nağd formada mədaxili və (və ya) məxarici əməliyyatlarının aparılması; 

- ödəniş əməliyyatının ekvayrinqi; 

- elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası. 

Nəzarət orqanı: Azərbaycan Respublikasının Mərkəzi Bankı  

Nəzarət orqanının əlaqə məlumatları: Ünvan: AZ1014, Azərbaycan Respublikası, Bakı şəh., R.Behbudov küç. 90. Qaynar xətti: +994 (12) (966), +994 (12) 4935058; 

b) Avtomatlaşdırılmış ödəniş sistemi (Sistem) – Sistemə qoşulmuş Daşıyıcılar ilə Sistem arasında qarşılıqlı məlumat və texnoloji əlaqəni, Mobil tətbiq, Kart və ya digər ödəmə üsulları ilə gediş haqqının ödənilməsinin qeydiyyata alınmasını təmin etmək üçün nəzərdə tutulmuş Operatora məxsus proqram təminatı (Tətbiq də daxil olmaqla), informasiya sistemləri və informasiya ehtiyatlarının vahid sistemi; 

c) Kart – Balansı İstifadəçi tərəfindən ödənilən məbləğ əsasında formalaşan, Avtomatlaşdırılmış ödəniş sisteminə qoşulmuş Daşıyıcıların ictimai nəqliyyat vasitələrində quraşdırılmış Oxuma cihazı vasitəsi ilə gediş haqqını ödəməyə imkan verən Operatorun dövriyyəyə plastik kart formasında buraxdığı “BakıKart” əmtəə nişanlı əvvəlcədən ödənilmiş ödəniş aləti; 

d) Daşıyıcı – Müntəzəm marşrutla hərəkət edən ictimai nəqliyyat vasitələrinin operatoru(ları) olan  və Avtomatlaşdırılmış ödəniş sisteminə qoşulmuş hüquqi və ya fiziki şəxs; 

e) Elektron pul kisəsi – Elektron formada pul vəsaitlərini saxlamağa, ödəniş etməyə və Tətbiq ilə müəyyən edilən digər əməliyyatları həyata keçirməyə imkan verən və Tətbiq vasitəsilə təqdim edilən proqram təminatı; 

f) Oxuma cihazı (Validator) – Avtomatlaşdırılmış ödəniş sisteminə qoşulmuş Daşıycıların ictimai nəqliyyat vasitələrində quraşdırılmış, QR kodun, Kartın və ya digər ödəniş alətinin oxunması nəticəsində İstifadəçinin Elektron pul kisəsindən və ya Kartından gediş haqqının çıxılmasını və qeydiyyatını təmin etmək üçün nəzərdə tutulan elektron cihaz; 

g) İstifadəçi (Siz) – Tətbiqdən istifadə edən və/və ya qeydiyyatdan keçmiş fiziki şəxs; 

h) Kartın nömrəsi – Kartı eyniləşdirməyə imkan verən və aşağı sağ küncündə qeyd olunan 11 (on bir) rəqəmli nömrə; 

i) Mobil tətbiq – Mobil cihaza quraşdırılan, Müqavilə və Mobil tətbiq ilə nəzərdə tutulan Xidmətlərin təqdim edilməsini təmin edən Operatora məxsus “BakıKart” adlı proqram təminatı;  

j) Portal www.bakikart.az internet saytı vasitəsilə təqdim edilən Xidmətlərdən istifadə üçün nəzərdə tutulmuş proqram təminatı. Portal vasitəsilə Mobil tətbiq üzrə nəzərdə tutulan bir sıra funksionallıqdan istifadə etmək mümkündür; 

k) Hesab – Tətbiqdə qeydiyyatdan keçmiş hər bir İstifadəçi üçün yaradılan, bu Müqavilə və Mobil tətbiq ilə nəzərdə tutulan əməliyyatların (ödəmə və s.) həyata keçirilməsini təmin edən qorunan şəxsi səhifəsi; 

l) QR Kod  (Quick Response Code – Tez cavab kodu) və ya QR bilet  – Mobil tətbiq vasitəsilə optik ştrix-kod formasında təqdim edilən, Avtomatlaşdırılmış ödəniş sisteminə qoşulmuş Daşıyıcıların ictimai nəqliyyat vasitələrində quraşdırılmış Oxuma cihazı vasitəsi ilə gediş haqqını ödəməyə imkan verən nağdsız ödəniş aləti; 

m) Giriş məlumatları – Hesaba daxil olmaq üçün İstifadəçinin Tətbiqdən qeydiyyatdan keçərkən istifadə etdiyi (və ya sonradan dəyişdirdiyi) mobil nömrə və şifrə; 

n) Elektron pul kisəsinin balansı – İstifadəçinin Elektron pul kisəsində olan məbləğin faktiki qalığı; 

2.2 Müqavilədə təsbit edilmiş hər bir anlayış və ya tərif, Müqavilənin hansı hissəsində yerləşməsindən asılı olmayaraq öz mənasını saxlayır. 

3. MÜQAVİLƏNİN PREDMETİ

3.1 Hazırkı Müqavilənin predmetini Tətbiqin funksionalından istifadə etməklə İstifadəçiyə təqdim Xidmətlərin göstərilməsi üzrə hüquq münasibətləri təşkil edir. 

3.2 Bu Müqavilə ilə nəzərdə tutulan Xidmətlərin göstərilməsinin təmin edilməsi üçün İstifadəçi Tətbiqdən istifadə etməzdən əvvəl  bu Müqavilənin 4-cü bəndinə qeyd olunan qaydada Müqavilənin şərtlərini qəbul etməlidir.

4. ŞƏRTLƏRİN QƏBUL EDİLMƏSİ

4.1 Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 409.4-cü maddəsinə uyğun olaraq, hər hansı kompüter, mobil (smart) telefon, tablet, konsol və ya digər cihazdan (Mobil cihaz) istifadə etməklə Mobil tətbiqi yüklədikdən və Tətbiq vasitəsilə qeydiyyatdan keçdiyiniz və  / və ya Xidmətlərimizdən (Tətbiqdən) hər hansı formada istifadə etdiyiniz andan Siz, bu Müqaviləni, “Məxfilik Siyasəti”ni və Portalda qeyd olunan “BakıKartdan İstifadə Şərtləri”ni oxuduğunuzu, başa düşdüyünüzü, bütün müddəaları ilə razı olduğunuzu və hazırkı ofertanı (təklifi) tam və qeyd-şərtsiz aksept (qəbul) etdiyinizi bəyan edirsiniz.  

4.2 Hazırkı Müqavilənin (ofertanın) qəbul (aksept) edilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş yazılı imza ilə imzalanmasına bərabər tutulur və oferta aksept edildiyi andan qüvvəyə minir. 

5. LİSENZİYA

5.1 Bu Müqavilənin şərtlərinə əməl etməyinizdən asılı olaraq, sıradakıları yerinə yetirmək üçün Operator tərəfindən Sizə məhdud, qeyri-eksklüziv, sub-lisenziya hüququ olmadan, geri alına bilən, ötürülə bilməyən lisenziya təqdim edilir: (i) Xidmətlərdən yalnız Sizin istifadənizlə əlaqədar olaraq şəxsi cihazınızla Tətbiqə daxil olmaq və ondan istifadə etmək; və (ii) hər bir halda yalnız şəxsi, qeyri-kommersiya məqsədli istifadəniz üçün Xidmətlər vasitəsilə əldə edilə bilən istənilən məzmuna, məlumatlara və əlaqəli materiallara daxil olmaq və istifadə etmək. Bu Müqavilə ilə açıq şəkildə təqdim edilməyən hər hansı hüquqlar Operator və Operatora lisenziya verənlər tərəfindən qorunur. 

5.2 Xidmətlər və onlarla əlaqədar bütün hüquqlar Operatora və ya Operatora lisenziya verənlərə məxsusdur. Xidmətlərdən istifadəniz və ya bu Müqavilə Sizə aşağıdakı heç bir hüququ ötürmür və ya ötürülməsini təmin etmir: (i) yuxarıda verilmiş məhdud lisenziya istisna olmaqla, Xidmətlərlə əlaqədar; və ya (ii) Operatorun və / və ya Operatora lisenziya verənlərin şirkət adından, loqolarından, məhsul və xidmət adlarından, əmtəə nişanlarından və ya xidmət nişanlarından hər hansı şəkildə istifadə etmək və ya onlara istinad etmək. 

6. ÜÇÜNCÜ TƏRƏF XİDMƏTLƏRİ

6.1 Xidmətlər Operatorun nəzarəti altında olmayan və ya Operator tərəfindən idarə edilməyən üçüncü tərəf xidmətləri və məzmunu (reklam daxil olmaqla) ilə əlaqədar və birlikdə təqdim edilə bilər. Siz qəbul edir və razılaşırsınız ki, Operator bu cür üçüncü tərəf xidmətlərinə, o cümlədən onların dəqiqliyi, tamlığı, vaxtlı-vaxtında olması, etibarlılığı, müəllif hüquqlarına uyğunluğu, qanuniliyi, ləyaqəti, keyfiyyəti və ya hər hansı digər aspektinə görə məsuliyyət daşımır. Bu üçüncü tərəf xidmətləri fərqli şərt və qaydaların predmetidir və Siz üçüncü tərəf xidmətlərindən istifadə edərkən, həmin xidmətlərin şərt və qaydalarına uyğun hüquqi məsuliyyət daşıyacaqsınız.  

6.2 Əgər bu Müqavilə ilə üçüncü tərəf xidmətlərinin şərt və qaydaları arasında ziddiyyət varsa, üçüncü tərəf xidmətlərinə daxil olmaq və onlardan istifadə etməklə əlaqədar həmin xidmətlərin şərt və qaydaları tətbiq olunacaq. Üçüncü tərəf xidmətləri yalnız sizin bu Müqavilə üzrə Xidmətlərdən istifadənin rahatlığı üçün təmin edilir. Operator bu cür üçüncü tərəf xidmətləri ilə əlaqədar heç bir təmsilçiyi və heç bir dəstəyi təmin etmir. Bundan əlavə, Android və İOS əməliyyat sistemini dəstəkləyən  Mobil cihazlar (və ya sair proqram təminatı) vasitəsilə  Xidmətlərdən istifadə etdiyiniz təqdirdə müvafiq olaraq Google, Inc., Apple Inc. (və ya sair proqram təminatı təchizatçıları) və/və ya onların müvafiq beynəlxalq törəmə və filialları, bu müqavilənin üçüncü tərəf benefisiarları olacaqlar. 

7. MƏHDUDİYYƏTLƏR

7.1 İstifadəçi aşağıdakılara yol verməməyi öz öhdəsinə götürür:

  • hər hansı müəlliflik hüququ, əmtəə nişanı və ya digər mülkiyyət məlumatlarını Mobil tətbiqin hər hansı hissəsindən silmək və ya dəyişdirmək;
  • Operator tərəfindən açıq şəkildə icazə verilən hallar istisna olmaqla, Mobil tətbiqi və ya hər hansı hissəsini çoxaltmaq, dəyişdirmək, lisenziyalaşdırmaq, icarəyə vermək, satmaq, ötürmək, ictimai şəkildə nümayiş etdirmək, yayımlamaq, başqa şəkildə istifadə etmək və ya başqa şəkildə hər hansı üçüncü tərəfə təqdim etmək;
  • Mobil tətbiqi dekompilyasiya etmək, tərs mühəndislik tətbiq etmək və ya sökmək;
  • Mobil tətbiqin hər hansı bir hissəsinə keçid vermək, hər hansı bir hissəsini əks etdirmək, çərçivəyə salmaq və ya hər hansı bir formada digər proqram təminatında istifadə etmək;
  • Mobil tətbiqin hər hansı bir hissəsinin qırılması, indeksləşdirilməsi, tədqiqi və ya başqa şəkildə məlumatların toplanılması və ya Mobil tətbiqin hər hansı bir hissəsinin işini və/və ya funksionallığını lazımsız şəkildə yükləmək və ya maneə törətmək məqsədilə hər hansı proqram və ya skriptləri yaratmaq, işə salınmasına səbəb olmaq və ya işə salmaq; və ya
  • Mobil tətbiqin və ya onunla əlaqəli sistemlərin və ya şəbəkələrin hər hansı hissəsinə icazəsiz giriş əldə etməyə və ya onları pozmağa cəhd etmək.

8. XİDMƏTLƏRİN GÖSTƏRİLMƏSİ

8.1 Xidmətlərdən istifadə etmək üçün Tətbiqdən qeydiyyatdan keçməlisiniz. Qeydiyyatdan keçməklə təsdiq edirsiniz ki, mənsub olduğunuz ölkədə və ya yaşayış yerinizin yurisdiksiyasında bu Müqaviləni imzalamaq üçün hüquq, o cümlədən fəaliyyət qabiliyyətiniz məhdud və hər hansı himayəçilik altında deyil və bütün zəruri səlahiyyətlərə, o cümlədən, qanunla müəyyən edilmiş hallarda müəyyən şəxslər tərəfindən bu Müqaviləni imzalamaq üçün verilmiş müvafiq icazəyə maliksiniz.

8.2 İstifadəçinin Mobil tətbiqdə və ya Portalda qeydiyyatı aşağıdakı ardıcıllıqla yerinə yetirilir:

      8.2.1 Mobil tətbiq vasitəsilə qeydiyyatdan keçdikdə - Mobil tətbiq İstifadəçi tərəfindən müvafiq tətbiq mağazasından (App Store, Google Play) Mobil cihaza yüklənilir; 

      8.2.2 Mobil tətbiqə və ya Portala daxil olunur; 

      8.2.3 Qeydiyyat bölməsinə keçid edilir; 

      8.2.4 Müvafiq xanalara səsli zənglərin qəbulunu və emalını, SMS və USSD ismarıcların qəbulunu və göndərilməsini dəstəkləyən mobil nömrə və şifrə daxil edilir və təsdiq edilir; 

      8.2.5 Mobil nömrəyə göndərilən aktivasiya kodu müvafiq xanaya daxil edilir; 

8.3 Tətbiqdə qeydiyyatdan keçmək üçün yuxarıda göstərilən addımlar həyata keçirildikdən sonra İstifadəçinin daxil etdiyi məlumatlar əsasında İstifadəçinin qeydiyyatı həyata keçirilir və Hesabı yaradılır.

8.4 Hesab yaradılarkən İstifadəçi daxil etdiyi məlumatların doğru, dəqiq, cari və tam olmasına, həmçinin ehtiyac olduqda vaxtında yeniləməsinə görə cavabdehlik daşıyır.

8.5 Bir mobil nömrə ilə yalnız bir İstifadəçinin qeydiyyatı mümkündür.

8.6 Hesab yaradıldıqdan sonra Tətbiqin funksionallığından istifadə etmək və Hesaba daxil olmaq üçün qeydiyyat zamanı daxil etdiyiniz mobil nömrəni və şifrəni müvafiq xanalara daxil etməlisiniz.

8.7 Nəzərə almalısınız ki, eyni Hesaba eyni zamanda yalnız bir Mobil cihazdan daxil olmaq mümkündür. Digər Mobil cihaz vasitəsilə həmin Hesaba daxil olunduqda avtomatik olaraq daha əvvəl istifadə olunan Mobil cihazdakı Hesabdan çıxış edilir.

9. ŞƏBƏKƏ VƏ CİHAZLAR

9.1 Mobil tətbiq İOS və Android əməliyyat sistemini dəstəkləyən Mobil cihazlarda istifadə oluna bilər.

9.2 Tətbiqdə qeydiyyat hüququ Azərbaycanın mobil rabitə operatorlarının abunəçisi olan İstifadəçilərə verilir.

9.3 Operator İstifadəçilərə internetə çıxış və məlumat ötürmə xidmətlərini təqdim etmir. Belə xidmətlərdən istifadə və onların ödənişi İstifadəçiyə internetə çıxış və məlumatların ötürülməsi xidmətlərini təqdim edən internet operatoru tərəfindən müəyyən edilmiş qaydada və şərtlərlə İstifadəçi tərəfindən həyata keçirilir.

9.4 Siz, Tətbiqə və onların hər hansı yeniləmələrinə daxil olmaq və onlardan istifadə etmək üçün tələb olunan avadanlıq və ya cihazları əldə etmək və yeniləmək üçün məsuliyyət daşıyırsınız. Operator Tətbiqin və ya onun hər hansı bir hissəsinin hər hansı xüsusi avadanlıq və ya cihazlarda işləyəcəyinə zəmanət vermir. Xidmətlər internetdən və elektron rabitədən istifadəyə xas olan nasazlıqlara və gecikmələrə məruz qala bilər.

10. ÖDƏNİŞLƏR

Elektron pul kisəsi 

10.1 Tətbiqdə qeydiyyatdan keçdikdən sonra hər bir İstifadəçiyə avtomatik olaraq Elektron pul kisəsi təqdim edilir. 

10.2 Elektron pul kisəsinin balansı İstifadəçi tərəfindən müvafiq məbləğdə bu məqsədlə ödənilən pul əsasında formalaşır. 

10.3 Elektron pul kisəsinin və ya Kartın balansını artırmaq üçün Tətbiqin müvafiq bölməsinə daxil olduqdan sonra Sizə lazım olan məbləği və bank kartının məlumatlarını daxil edib ödəniş əməliyyatını həyata keçirirsiniz. Qeyd olunan üsulla ödəniş edildikdə, Kartın balansı ödənişdən sonra 1 (bir) saat ərzində artırılır. 

10.4 İstifadəçi tərəfindən ödəniş edildikdən sonra Elektron pul kisəsinin balansına ödənilən məbləğə bərabər həcmdə elektron pul əlavə edilir.  

10.5 Elektron pul kisəsisinin balansının və ya Kartın balansının digər üsullarla (mövcud olduqda) artırılması Tətbiqdə əks etdirilir. 

10.6 Operator Elektron pul kisəsinin və ya Kartın balansının Operatordan asılı olmayan səbəblərdən (məsələn, bank kartının qüvvədən düşməsi, bloklaşdırılması, dövlət qurumları və ya bank tərəfindən tətbiq edilən qadağalar, internet şəbəkəsinin olmaması və s.) artırılmasının mümkün olmamasına görə məsuliyyət daşımır. 

10.7 Elektron Pul kisəsinin balansının geri qaytarılması dərhal İstifadəçi tərəfindən “BakıKART” Kart-Analiz Mərkəzlərinə edilən müvafiq yazılı müraciət əsasında nağdsız qaydada ödənişin həyata keçirildiyi bank kartına ödənilməklə həyata keçirlir. 

10.8 Elektron pul kisəsinin balansını təşkil edən elektron pul “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmanət hesab edilmir, sığortalanmır, habelə həmin vəsaitlərə faiz və ya digər formada gəlir ödənilmir. 

QR Koddan istifadə 

10.9 QR Kod vasitəsilə gediş haqqının ödənilməsi imkanını əldə etmək üçün Elektron pul kisəsinin balansında Tətbiqdə qeyd olunan minimal məbləğdə elektron pul olmalıdır. 

10.10 Yuxarıda qeyd olunan qaydada Elektron pul kisəsinin balansı artırıldıqdan sonra QR Kod əldə etmək üçün aşağıdakıları yerinə yetirməlisiniz: 

Yuxarıda qeyd olunan qaydada Elektron pul kisəsinin balansı artırıldıqdan sonra QR Kod əldə etmək üçün aşağıdakıları yerinə yetirməlisiniz:

  1. Mobil tətbiqdə QR bölməsinə daxil olun; 

  2. QR bilet yaratmaq üçün müvafiq düyməni seçin; 

  3. QR kodu Oxuma cihazına yaxınlaşdırıraraq oxudun. 

10.11 QR bilet yaradıldıqdan sonra Elektron pul kisəsindən müəyyən məbləğdə elektron pul ayrılaraq bloklaşdırılır. İki və ya daha çox QR bilet yaradıldığı halda elektron pulun ayrılması və bloklaşdırılması hər bir QR bilet üçün ayrı-ayrılıqda tətbiq edilir. 

10.12 Bloklaşdırılan minimal məbləğ qədər Elektron pul kisəsinin balansında pul olmadıqda avtomatik olaraq QR biletin yaradılmasına imtina edilir. 

10.13 QR bilet yaradıldıqdan sonra bunun üçün Tətbiqdə müəyyən edilən qüvvədə olma müddəti ərzində istifadə olunmalıdır.  

10.14 QR Kodu Oxuma cihazında oxutduqdan sonra istifadə edilən müvafiq marşrut xətti üzrə qanunvericiliklə müəyyən edilmiş gediş haqqı məbləği Elektron pul kisəsindən (bloklaşdırılan məbləğdən) çıxılır və həmin QR biletə dair bloklaşdırılan  artıq məbləğ Elektron pul kisəsinə geri qaytarılır.  

10.15 QR bilet qüvvədə olma müddəti ərzində istifadə edilmədikdə bloklaşdırılan məbləğ yalnız 72 saat sonra Elektron pul kisəsinə geri qaytarılır. 

10.16 QR biletin istifadə olunduğu (gediş haqqının ödənildiyi) vaxtdan sonra 72 saat ərzində istifadə əməliyyatının Sistemlə sinxronlaşdırılması Sistemdə yaranan gecikmələr, şəbəkənin itməsi və ya hər hansı digər səbəbdən mümkün olmadıqda, bloklaşdırılan məbləğ tam həcmdə (gediş haqqı çıxılmadan) Elektron pul kisəsinə geri qaytarılır. Bu gediş haqqı məbləği istifadə əməliyyatının Sistemlə növbəti uğurlu sinxronizasiyasından sonra avtomatik olaraq Elektron pul kisəsindən çıxılır. 

10.17 Hər QR bilet yalnız bir nəfərin bir istifadəsi üçün təqdim edilir. 

10.18 Mobil tətbiqdə yaradılması mümkün olan QR biletlərin sayı, bloklaşdırılan məbləğ, QR bilet yaratmaq üçün Elektron pul kisəsinin minimal balansı, Elektron pul kisəsinin maksimal balansı, Elektron pul kisəsinin və Kartın balansını artırmaq üçün bir əməliyyat çərçivəsində ödənilən minimal və maksimal məbləğ  və digərləri Tətbiqin müvafiq bölməsində qeyd olunan limitlərə əsasən müəyyən edilir. 

10.19 İstifadəçi tərəfindən bu Müqavilə ilə bağlı həyata keçirilən ödənişlər ilə əlaqədar tətbiq edilən vergi və digər icbari yığımlara (komissiya və s.) görə Operator məsuliyyət daşımır. 

10.20 Operator əvvəlcədən xəbərdarlıq etmədən bu Müqavilə və Tətbiqlə müəyyən edilən limitləri birtərəfli qaydada dəyişdirə bilər. 

10.21 Daşıyıcıların xidmətləri üzrə qanunvericiliklə müəyyən edilmiş gediş haqları dəyişdikdə müvafiq Daşıyıcının xidmətlərindən istifadə etdiyiniz an Elektron pul kisəsinin balansından qüvvədə olan tariflərə əsasən gediş haqqı məbləği çıxılacaq. 

10.22 Bu Müqavilə ilə həyata keçirilən ödənişlər Azərbaycan manatı ilə aparılır. 

11. MƏSULİYYƏT

11.1 Operator ondan asılı olmayan səbəblərdən Xidmətlərin göstərilməsində baş verən nasazlıqlar, gecikmələr, səhvlərə görə məsuliyyət daşımır.

11.2 İstifadəçi onun Hesabı vasitəsilə həyata keçirilən bütün əməliyyatlara görə cavabdehdir. İstifadəçi Giriş məlumatlarını gizli saxlamalı (Operator tərəfindən əməliyyatların müəyyənləşdirilməsi məqsədləri istisna olmaqla), təhlükəsizliyini təmin etməli və üçüncü şəxslərə təqdim etməməlidir.

11.3 İstifadəçi Mobil cihazının təhlükəsizliyini təmin etmək üçün müvafiq tədbirlər görməyi öhdəsinə götürür və onun Mobil cihazına üçüncü şəxslər tərəfindən istənilən müdaxiləyə görə fərdi məsuliyyət daşıyır. Mobil cihaz itirildikdə, İstifadəçi Tətbiqlə əlaqələndirdiyi bank kartlarını bloklamaq üçün lazımi tədbirlər görməyi öhdəsinə götürür.

11.4 Operator Tətbiqdən və ya Kartdan istifadə üzrə hər hansı qeyri-qanuni və ya saxtakarlıq aşkar etdikdə və ya buna dair yetərli şübhələr olduqda, İstifadəçi Hesabını və/və ya ya Kartı bloklaşdırmaq (müvəqqəti və ya həmişəlik) və ya digər məhdudiyyətləri tətbiq etmək hüququna malikdir. İstifadəçi hər hansı səbəbdən Elektron pul kisəsinin balansında yetəri məbləğ olmadan ictimai nəqliyyatdan istifadə etdikdə və ya Tətbiqdən istifadə edərkən hər hansı hərəkət və ya hərəkətsizliyi ilə istənilən saxtakarlığa yol verdikdə - növbəti dəfələrdə Elektron pul kisəsinin balansı artırıldıqdan sonra Operator qarşılaşdığı zərərin əvəzini (ödənilməyən gediş haqqının əvəzi və s.) Elektron pul kisəsindən tuta bilər.

11.5 Kartın və ya Elektron pul kisəsinin balansı artırılarkən İstifadəçi daxil etdiyi bütün məlumatların (həmçinin Kartın nömrəsinin, ödədiyi məbləğin həcminin və s.) düzgünlüyünə görə birbaşa məsuliyyət daşıyır.

11.6 İstifadəçinin hər hansı səbəbə görə (məsələn, Kartın nömrəsinin və ya ödənilən məbləğin səhv daxil edilməsi) istifadəçisi olmadığı Kartın və ya Elektron pul kisəsinin balansını artırması nəticəsində qarşılaşdığı itkiyə görə Operator məsuliyyət daşımır və həmin Karta və Elektron pul kisəsinə ödənilən məbləğ İstifadəçisi olmayan şəxsə heç bir halda geri qaytarılmır.

11.7 Operator İstifadəçinin xəbəri olub-olmamasından asılı olmayaraq üçüncü şəxs tərəfindən İstifadəçinin Giriş məlumatlarından icazəsiz istifadəsinə və ya hər hansı formada istifadəsi nəticəsində İstifadəçinin məruz qaldığı itkilərə görə məsuliyyət daşımır.

11.8 İstifadəçi Hesabının təhlükəsizliyi ilə bağlı hər hansı sual yarandığı təqdirdə dərhal Operatora bununla bağlı müraciət etməlidir.

11.9 İstifadəçi Elektron pul kisəsinin və ya Kartın balansını qeyri-qanuni yolla artırmağa görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

11.10 Mobil tətbiqin root və ya jailbreak (mobil cihazın proqram təminatına müdaxilə) olunmuş cihazlarda işləməsinə zəmanət verilmir. Mobil tətbiqin root və ya jailbreak (mobil cihazın proqram təminatına müdaxilə) olunmuş cihazlarda işləməsinə zəmanət verilmir.

11.11 İstifadəçi Tətbiqdən istifadə etməyə imkan verən Mobil cihazın proqram təminatına, Tətbiqə İstifadəçi və ya üçüncü şəxslər tərəfindən, habelə bu cihazlarda və proqram təminatında olan “viruslar” və digər zərərli proqramlar vasitəsilə edilən müdaxilələr və ya İstifadəçi tərəfindən bu Müqavilənin şərtlərinin və Tətbiqdə yerləşdirilən Xidmətlərdən istifadəyə dair tövsiyələrin pozulması nəticəsində Operator qarşısında və onun itkilərinə görə məsuliyyət daşıyır.

11.12 QR kodun şəklinin çəkilməsi, ekran görüntüsünün alınması, digər şəxslərə göndərilməsi, bir QR biletdən fərqli ictimai nəqliyyat vasitələrində istifadə etmək üçün cəhd edilməsi və ya başqaları tərəfindən göstərilənləri yerinə yetirmək üçün hər hansı formada şərait yaradılması qadağandır.

11.13 Operator cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair qanunvericilik və ya digər normativ hüquqi aktlar ilə müəyyən edilmiş tələbləri yerinə yetirdikdə İstifadəçinin hesabına məhdudiyyət tətbiq edə bilər.

11.14 İstifadəçinin şəxsiyyəti fərdiləşdirilmədiyi və müəyyən edilmədiyi üçün Operator heç bir halda Elektron pul kisəsinin və ya Kartın balansının geri qaytarılmasından və/və ya Mobil tətbiqdən istifadə üzrə digər hərəkətlərdən imtina nəticəsində İstifadəçiyə dəymiş ziyana və İstifadəçinin itkilərinə görə məsuliyyət daşımır.

12. QARŞISIALINMAZ QÜVVƏ

12.1 Tərəflərin nə əvvəlcədən görə bilmədikləri, nə də görülə biləcək tədbirlərlə təsir etməyə qadir olmadıqları qarşısıalınmaz qüvvə (məsələn, dövlət ödəniş sistemlərinin fəaliyyətində nasazlıq, elektrik enerjinin və ya rabitə xidmətlərinin təchizatında fasilələr, zəlzələ, daşqın, yanğın, epidemiya, pandemiya, karantin, tətil, dövlət orqanlarının qərarları, hərbi əməliyyatlar, terror aktları, üçüncü şəxslərin hərəkətləri) nəticəsində Tərəflər bu Müqavilədə qeyd olunan öhdəliklərini qismən və ya tamami ilə icra edə bilmədikdə, Tərəflər belə qarşısı alınmaz qüvvənin davam etdiyi bütün müddət üzrə öhdəliklərini icra etməməyə görə məsuliyyətdən azaddırlar.  

13. QANUNVERİCİLİK VƏ MÜBAHİSƏLƏRİN HƏLLİ

13.1 Bu Müqavilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir. 

13.2 Bu müqavilənin icrası və ləğvi zamanı baş verə biləcək bütün mübahisələr tərəflər arasında danışıqlar yolu ilə pretenziya qaydasında həll edilir. 

13.3 Mübahisələr danışıq yolu ilə Pretenziya qaydasında 60 (altmış) gün ərzində nizama salınmadıqda Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının məhkəmələrində həll edilir. 

14. YEKUN MÜDDƏALAR

14.1 Operator dəyişikliklərin tətbiq ediləcəyi tarixdən azı 30 (otuz) gün əvvəl İstifadəçiyə bildiriş verməklə, bu Müqaviləyə birtərəfli qaydada dəyişiklik və ya əlavələr etmək hüququna malikdir. Bu müddətdə İstifadəçi bu dəyişikliklərlə bağlı öz etirazını bildirmədikdə, bu dəyişikliklər İstifadəçi tərəfindən qəbul olunmuş hesab edilir. 

14.2 İstifadəçiyə bu Müqavilənin şərtlərində dəyişikliklərin və/və ya əlavələrin olduğunu mütəmadi olaraq yoxlamaq tövsiyə olunur. 

14.3 Tərəflər razılaşır ki, texniki cəhətdən imkan yaradıldığı halda elektron imza, gücləndirilmiş elektron imza, mobil nömrə vasitəsilə fərqli hərf və söz birləşmələrindən ibarət olan eyni məzmunlu açar sözlər vasitəsilə göndərilmiş qısa mesajlar, Operatorun istifadəyə təqdim etdiyi halda Mobil tətbiqi vasitəsilə elektron qaydada kliklər və ya yazışmalar əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. 

14.4 İstifadəçi Mobil tətbiqi mobil cihazdan silməklə Müqavilənin icrasından birtərəfli qaydada imtina edə bilər. 

14.5 Operator təşkilati, texniki səbəblərə və İstifadəçi tərəfindən Müqavilənin şərtləri pozulduğu təqdirdə görə istənilən vaxt İstifadəçinin Tətbiqdən istifadə imkanını məhdudlaşdırmaq hüququnu özündə saxlayır. 

14.6 Operator İstifadəçini 30 (otuz) gün əvvəl məlumatlandıraraq bu Müqaviləni ləğv edə bilər. 

14.7 İstifadəçi tərəfindən Müqavilənin şərtləri pozulduqda Operatorun hərəkətsizliyi onu sonradan öz maraqlarını qorumaq hüququndan məhrum etmir, habelə İstifadəçi tərəfindən gələcəkdə eyni və ya oxşar pozuntulara yol verildiyi təqdirdə, bu, Operatorun öz hüquqlarından imtina etməsi kimi təfsir edilə bilməz. 

14.8 Bu Müqavilənin hər-hansı şərtinin etibarsızlığı müqavilənin digər şərtlərinə əhəmiyyətli dərəcədə təsir etmirsə və qanunvericilikdə başqa qayda nəzərdə tutulmayıbsa onun digər şərtlərinin etibarsızlığına səbəb olmur. 

14.9 Bu Müqavilədəki maddələrin başlıqları Tərəflərin rahatlığı üçündür və Müqavilənin hər hansı müddəasının təfsir olunmasında rol oynaya bilməz. 

14.10 Kontekstdən ayrı qaydanın irəli gəldiyi hal istisna olmaqla, tək halında istifadə olunan sözlərə onların cəm halından olan formaları da daxildir və cəm halında istifadə olunan sözlərə onların tək halında olan formaları da daxildir. 

14.11 Kontekstdən ayrı qaydanın irəli gəldiyi hal istisna olmaqla, tək halında istifadə olunan sözlərə onların cəm halından olan formaları da daxildir və cəm halında istifadə olunan sözlərə onların tək halında olan formaları da daxildir. 

14.12 Bu Müqavilə Azərbaycan, Rus və İngilis dillərində tərtib edilmişdir, lakin dillər arasında hər hansı uyğunsuzluq olduqda Azərbaycan dilindəki versiyaya üstünlük veriləcəkdir.