Məxfilik siyəsəti

1. Ümumi müddəalar.

1.1.Hazırki “Məxfilik siyasəti” “K Group” MMC-yə (bundan sonra – Operator adlandırılacaq, VÖEN: 1402954871, Ünvan: Tbilisi prospekti 49/C, AZ1065, Bakı şəhəri, Azərbaycan, e-poçt: info@bakikart.az, telefon: *4343.) məxsus “BakıKart” Tətbiqi (bundan sonra “Tətbiq” adlandırılacaq) üzrə təqdim edilən xidmətlərdən istifadə edilən zaman İstifadəçilərin təqdim etdiyi məlumatların toplanılması, saxlanılması, işlənməsi, istifadəsi və müdafiəsi qaydalarını müəyyən edir.1.2.İstifadəçilərin Tətbiq üzrə Xidmətlərdən istifadə etməsi bu Məxfilik siyasəti və Məxfilik siyasətinə dəyişikliklər ilə şərtsiz razılığını ehtiva edir.

2. Məlumatların toplanılması.

2.1.Operator tərəfindən Sizin kimliyinizi müəyyənləşdirə biləcək hər hansı məlumat toplanılmır.2.2.Tətbiq üzrə xidmətlərdən istifadə zamanı tərəfimizdən Sizə aid aşağıdakılar məlumatlar toplanılır:

  • İstifadəçinin Tətbiqdə qeydiyyatı və daxil olması üçün İstifadəçinin mobil nömrəsi (məcburidir);

  • İstifadəçinin özü tərəfindən təqdim etdiyi uçot məlumatları – istifadəçinin adı, soyadı, elektron poçt ünvanı (məcburi deyil);

  • Tətbiqdən istifadə edilən mobil qurğuya dair məlumatlar – istifadəçinin yerləşməsi və yerdəyişməsi, qurğunun modeli, markası, əməliyyat sistemi və sistemin versiyası, mobil şəbəkə, ip ünvan;

  • İstifadəçinin Tətbiq üzrə həyata keçirdiyi əməliyyatlar ilə əlaqədər məlumatlar – Kartın nömrəsi, Kartın və Tətbiqin istifadə edildiyi yerlər və vaxt, Kartın və Elektron pul kisəsinin balansının artırıldığı yerlər, məbləğ, vaxt, balansın artırılma vasitəsi və qeyd olunan əməliyyatlar üzrə digər aidiyyəti məlumatlar.

3. Məlumatların saxlanılması.

3.1.Toplanılan məlumatlar təhlükəsiz surətdə Operatora məxsus məlumat bazalarında saxlanılır.3.2.Son 1 (bir) il ərzində toplanılan məlumatlar aktiv formada məlumat bazasında saxlanılır və İstifadəçinin yazılı tələbi əsasında təqdim edilə bilər.3.3.1 ildən yuxarı olan müddət çərçivəsində toplanılan məlumatlar passiv olaraq məlumat bazasında saxlanılır.3.4.Məlumatların saxlanmasının güvənlik səviyyəsi – kritik.

4. Məlumatların istifadə olunması.

4.1.Əldə olunan məlumatlar aşağıda göstərilən məqsədlər üçün istifadə edilə bilər:

  • Tətbiq üzrə göstərilən xidmətlərin icra edilməsi və xidmətlərin keyfiyyətin artırılması;

  • İstifadəçinin Tətbiq üzrə onlayn xidmətlərdən və Tətbiqlərdən istifadə etməsi;

  • İstifadəçi ilə sualları və rəyləri ilə bağlı əlaqə saxlanılması;

4.2.Əldə olunan məlumatlar qanunla və hazırki Məxfilik siyasəti ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, üçüncü şəxslərə ötürülə bilməz.4.3.Məlumatlar üçüncü şəxslərə sıradakı məqsədlər üçün ötürülə bilər:

  • Tətbiqin xidmət səviyyəsinin artırılması;

  • Tətbiqin fəaliyyəti ilə əlaqədar xidmətlərin icra edilməsi.

5. Kukilər

5.1. Operator müvafiq məlumatların saxlanılması üçün kukilər (cookies) və oxşar texnologiyalardan istifadə edə bilər. Kukilər Xidmətlərimizdən istifadə etdiyiniz cihazınızı fərdə bağlı olmadan bizim serverlərə tanıdan fayllardır. Kukilər İstifadəçilərin Sistemdən istifadəsini yüngülləşdirmək, xidmətlərinin keyfiyyətinin və təhlükəsizliyinin artırılması məqsədi ilə istifadə olunur.

6. Push-bildirişlər

6.1.Tətbiqdən istifadənizin rahatlığı üçün ondan istifadə edərkən aşağıdakı push-bildirişlər təqdim edilir:6.1.1.QR biletlərin istifadəsi ilə əlaqədar;6.1.2.Balansın artırılması və ödənişlər ilə əlaqədar;6.1.3.Fərdiləşdirilmiş push-bildirişlər.

7. Digər.

7.1.Məxfilik siyasəti ilə əlaqədar münasibətlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq tənzimlənir.7.2.Hazırki Məxfilik siyasətində qeyd olunan anlayışlar “ÜMUMİ OFERTA (TƏKLİF) - “BAKIKART” TƏTBİQİNDƏN İSTİFADƏYƏ DAİR MÜQAVİLƏ”-yə uyğun olaraq şərh edilir.7.3.Operator hazırki Məxfilik siyasətinə birtərəfli qaydada dəyişiklik edə, silə və ya yeniləyə bilər. Məxfilik siyasətinin dəyişiklik edilmiş versiyası Tətbiqdə yerləşdirildiyi andan qüvvəyə minir.