BakıKart və Mastercard birgə olaraq “1 Qəpik Mondays” kampaniyasına start verir. Kampaniya çərçivəsində hər bazar ertəsi sərnişinlər Mastercard-ın təmassız bank kartı ilə ödəniş etdikdə metro və avtobusda ilk səfərlərini cəmi 1 qəpik müqabilində həyata keçirə biləcəklər.
“1 Qəpik Mondays” kampaniyası Bakının sakinləri üçün həftəyə daha sərfəli və pozitiv başlanğıc yaratmağı, eyni zamanda şəhərdə innovativ və əhatəli nəqliyyat ekosisteminin formalaşmasına töhfə verməyi hədəfləyir.