SUAL-CAVAB
  • question_square
    Ümumi suallar chevron_down chevron_up

    • text_justifyleft
      "BakıKart" kartı ilə əlaqədar sualım yarandıqda hara müraciət edə bilərəm? chevron_down chevron_up

      "BakıKart" ilə əlaqədar hər-hansı bir sualınız yarandıqda, həftənin 7 günü saat 07:30-dan 22:00-dək fəaliyyət göstərən *4343 nömrəsinə zəng edərək və ya "28 May" və "20 Yanvar" metro stansiyalarında yerləşən "Müştəri xidmətləri" mərkəzlərinə müraciət edə bilərsiniz. 

  • question_square
    BakıKart kartı chevron_down chevron_up

    • text_justifyleft
      "BakıKart" kartını haradan əldə edə bilərəm? chevron_down chevron_up

      "BakıKart" kartını Bakı Metropoliteninin stansiyalarında və avtobus dayanacaqlarında yerləşən "BakıKart" terminallarından əldə etmək olar.

    • text_justifyleft
      "BakıKart" kartın qırılması, çatlaması, deşilməsi, əyilməsi və ya digər fiziki təsirə məruz qalması halında nə etmək lazımdır? chevron_down chevron_up

      Fiziki təsirə məruz qalmış kartın balansını, yeni əldə etdiyiniz və ya artıq sahibi olduğunuz digər karta köçürmək üçün, kartı "28 May" və "20 Yanvar" metro stansiyalarında yerləşən "BakıKart" "Müştəri xidmətləri" Mərkəzlərinə təqdim etməlisiniz.

    • text_justifyleft
      İtirilmiş və ya oğurlanmış "BakıKart" kartın balansını necə bərpa edə bilərəm? chevron_down chevron_up

      Kartlar fərdiləşdirilmədiyi üçün "BakıKart" kartı itirildikdə, oğurlandıqda və ya nömrəsi oxunmayacaq dərəcədə zədələndikdə, kart bərpa olunmur, bloklanmır və kartdakı balans geri qaytarılmır.

    • text_justifyleft
      "BakıKart" kartının balansını harada və hansı məbləğdə artıra bilərəm? chevron_down chevron_up

      Siz "BakıKart" kartının balansını "BakıKart" portalı, həmçinin Bakı metropoliten stansiyalarında və avtobus dayanacaqlarında yerləşən "BakıKart" və "MilliÖN" terminalları vasitəsilə artıra bilərsiniz. Birdəfəlik maksimal yükləmə məbləği 100 ₼ təşkil edir.

  • question_square
    BakıKart portalı chevron_down chevron_up

    • text_justifyleft
      "BakıKart" portalında (veb səhifəsində) necə qeydiyyatdan keçə bilərəm? chevron_down chevron_up

      "BakıKart" portalında qeydiyyatdan keçmək üçün aşağıdakı əməliyyatları yerinə yetirməlisiniz: 

      1. www.bakikart.az saytına daxil olmaq; 

      2. "Qeydiyyat" düyməsini seçmək; 

      3.Mobil nömrə, şifrə və SMS vasitəsilə gələn təsdiq kodunu daxil edərək qeydiyyatı tamamlaya bilərsiniz.

    • text_justifyleft
      "BakıKart" portalında kartın balansını necə artıra bilərəm? chevron_down chevron_up

      BakıKart portalı vasitəsilə kartın balansını artırmaq üçün aşağıdakı əməliyyatları yerinə yetirməlisiniz: 

      1. Qeydiyyatdan keçdikdən sonra hesabınıza daxil olmaq; 

      2. BakıKart balansını artır düyməsini və ya "BakıKartlarım" bölməsindən yaddaşda saxladığınız "BakıKart" kartını seçmək; 

      3.Ödəniş vasitəsini seçmək: Pul kisəsi və ya bank kartı; 

      4. Bank kartı ilə ödəniş edildikdə yadda saxlanılmış "BakıKart" kartını seçmək və ya digər kartın nömrəsini daxil etmək; 

      5. 0.10 ₼ dən 100 ₼ ə qədər tələb olunan məbləği daxil etmək;

       6. "Yüklə" düyməsini seçdikdən sonra bank kartının məlumatlarını daxil edərək ödənişi tamamlamaq.

    • text_justifyleft
      "BakıKart" portalında hesab şifrəsini unutduğum halda nə etməliyəm? chevron_down chevron_up

      Şifrənizi bərpa etmək üçün aşağıdakıları  yerinə yetirməlisiniz: 

      1. Mobil nömrənizi daxil etmək; 

      2. Giriş ekranında "şifrənizi unutmusunuz?" düyməsini seçmək; 

      3. SMS kodu və yeni şifrəni qeyd etmək.

       

News Image

Sual və rəyləriniz üçün bizə yazın

BakıKart mobil tətbiqi artıq aktiv olunmuşdur Ətraflı oxu >
m10 mobil tətbiqində BakıKart QR bileti ödənişləri Ətraflı oxu >
Birbank mobil tətbiqində BakıKart QR bileti ödənişləri Ətraflı oxu >